...

Qaradağ rayonunda bədbəxt hadisə

Hadisə Materials 18 Sentyabr 2017 09:30 (UTC +04:00)
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
Qaradağ rayonunda bədbəxt hadisə

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Qaradağ rayonunda 52 yaşlı kişi özünü öldürüb. Trend-in məlumatına görə, hadisə sentyabrın 17-də gecə saat 23 radələrində rayonun Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Eyvazov Ədalət Əli oğlu özünü yaşadığı evdə iplə asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti