...

Telefon oğruları tutulub

Hadisə Materials 19 Oktyabr 2017 15:23 (UTC +04:00)
Paytaxtda telefon oğurlamaqda şübhəli bilinən iki nəfər tutulub.
Telefon oğruları tutulub

Bakı. Trend:

Paytaxtda telefon oğurlamaqda şübhəli bilinən iki nəfər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən gün keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən sentyabrın 25-də və oktyabrın 3-də Bakı şəhər sakinləri olan 2 nəfərin ciblərindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Aslan Kərimov saxlanılıb.

Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən isə oktyabrın 5-də paytaxt sakini olan bir nəfərə məxsus evdən mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Ağasəməd Zabirli tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti