...

Həbsxanadan qaçan 3 məhbus qayıqla qaçarkən yaxalanıb

Hadisə Materials 2 Noyabr 2017 14:55 (UTC +04:00)
İtaliyanın Siciliya adası yaxınlığındakı Favinyana adasındakı həbsxanadan qaçan 3 məhbus yaxalanıb.
Həbsxanadan qaçan 3 məhbus qayıqla qaçarkən yaxalanıb

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın Siciliya adası yaxınlığındakı Favinyana adasındakı həbsxanadan qaçan 3 məhbus yaxalanıb.

Trend-in məlumatına görə, onlar sahildə qayıqlardan birini qaçırmaq istəyərkən Sahil-Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılanlardan biri özünü suya atıb təkrar uzaqlaşmağa cəhd göstərsə də, qısa müddət sonra yenidən saxlanılıb.

Qeyd edək ki, məhbuslardan biri qətldə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilib.

Məhbuslar oktyabrın 28-də həbsxanadan qaçıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti