...

Yolka bəzəyən beş nəfəri "tok vurdu"

Hadisə Materials 8 Dekabr 2017 10:47 (UTC +04:00)
Qvatemalanın Meksika ilə sərhədində yerləşən El-Karmen-Frontera şəhərində Yeni il yolkasının bəzədilməsi faciə ilə nəticələnib
Yolka bəzəyən beş nəfəri "tok vurdu"

Bakı. Trend:

Qvatemalanın Meksika ilə sərhədində yerləşən El-Karmen-Frontera şəhərində Yeni il yolkasının bəzədilməsi faciə ilə nəticələnib.

Trend-in məlumatına görə, ağacın yüksəkgərginlikli naqillərə toxunması nəticəsində beş nəfəri cərəyan vurub.

Onlar hadisə yerində həlak olub. Yerli sakinlərin sözlərinə görə, Yeni il yolkası 20 ildən çoxdur ki, eyni yerdə quraşdırılırmış, amma bu müddət ərzində heç bir problem qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti