...

Tovuzda avtomobil evə çırpıldı, sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Hadisə Materials 18 Dekabr 2017 01:16 (UTC +04:00)
Tovuzda yol qəzası baş verib.
Tovuzda avtomobil evə çırpıldı, sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakı. Samir Əli - Trend:

Tovuzda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Yanıqlı kəndində baş verib.

Kənd sakini, 1969-cu il təvəllüdlü Əliyev Ülfət Qəməd oğlu idarə etdiyi avtomobillə hərəkət edərkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq evlərdən birinə çırpılıb.

Hadisə nəticəsində sürücü ağır kəllə-eyin travması ilə xəstəxanaya yerləşdirilib. Sürücünün vəziyyəti ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti