...

Azərbaycanlıların olduğu gəmi Yunanıstan sularında saya oturub

Hadisə Materials 23 Dekabr 2017 13:47 (UTC +04:00)
Panama bayrağı altında üzən "Little Seyma" gəmisi Yunanıstana məxsus kiçik adaların yaxınlığında saya oturub.
Azərbaycanlıların olduğu gəmi Yunanıstan sularında saya oturub

Bakı. Trend:

Panama bayrağı altında üzən "Little Seyma" gəmisi Yunanıstana məxsus kiçik adaların yaxınlığında saya oturub.

Trend-in məlumatına görə, gəminin göyərtəsində 12 ekipaj üzvündən 9-u ukraynalı, 3-ü azərbaycanlıdır.

Onların həyatı üçün hər hansı təhlükə olmadığı bildirilir.

Rusiyada limandan çıxıb Famaqustaya istiqamət götürən yük gəmisi 2700 ton un daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti