...

2017-ci ilin "yol bəlası": 750 ölü, 1719 yaralı

Hadisə Materials 24 Yanvar 2018 11:20 (UTC +04:00)
Yol-nəqliyyat hadisələri nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər xəsarət alıb.
2017-ci ilin "yol bəlası": 750 ölü, 1719 yaralı

Bakı. Samir Əli - Trend:

2017-ci ildə Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.

R.Zeynalov bildirib ki, həyata keçirilmiş tədbirlər, o cümlədən yol hərəkəti əleyhinə olan inzibati xətaların qarşısının alınması işinin gücləndirilməsi, bu sahədə bir tərəfdən vətəndaşların maarifləndirilməsi nəticəsində onlarda qanuna hörmət hissinin daha da artması, digər tərəfdən, inzibati məsuliyyət tədbirlərinin təkmilləşdirilməsi öz müsbət nəticələrini verib:

"Belə ki, son 5 ildə nəqliyyat vasitələrinin sayının ilbəil artmasına baxmayaraq, yol-nəqliyyat hadisələrinin sayı azalıb. Ötən il respublika ərazisində baş verən 1833 yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər xəsarət alıb ki, bu da 2016-cı illə müqayisədə hadisələrin 8,6, həlak olanların 1,2, xəsarət alanların isə 14,2 faiz azalması deməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti