...

Cəlilabad sakinindən silah və narkotik götürülüb

Hadisə Materials 27 Yanvar 2018 15:11 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanılıb.
Cəlilabad sakinindən silah və narkotik götürülüb

Bakı. Trend:

Cəlilabad sakinindən silah və narkotik götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mikayıllı kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov saxlanılıb.

Baxış zamanı onun üzərindən narkotik vasitə olan heroin, həmçinin “Zastava-M70” markalı avtomat, 1 patron darağı və 25 ədəd patron aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti