...

Arif Alışanovu öldürməyə cəhd edənlərin məhkəməsi başlayıb

Hadisə Materials 23 Fevral 2018 14:36 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovu öldürməyə cəhddə və ona qarşı dələduzluq etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Arif Alışanovu öldürməyə cəhd edənlərin məhkəməsi başlayıb

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə və ona qarşı dələduzluq etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Vəkil Bəxtiyar Hacıyev işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Hakim prosesi martın 1-nə təyin edib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin , 29,120.2.5, 29,120.2.6, (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, tamah məqsədi ilə, başqa cinayəti gizlətməklə, daha çox şəxsi öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq), 228.3-cü (odlu silah saxlama) maddələri ilə ittiham elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti