Bakı. Trend:
Bakı metrosunda cibgir yaxalanıb.
DİN-dən Trend-ə verilən məlumta görə, Lerik rayon sakini F.Məmmədzadə Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə müraciət edərək metronun “28 May” stansiyasında qatarda cibindən “Samsung Galaxy S6” markalı mobil telefonunun oğurlandığını bildirib.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Nəcəfov olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.