...

İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 4 Aprel 2018 20:12 (UTC +04:00)
3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.7 və 228.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Allahyarov Samir Rafiq oğlunun yanına görüşə gəlmiş tanışı Bakı şəhər sakini Abbasov Ramin Asıf oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman cibindən 2 ədəd çətənə bitkisinin toxumu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti