Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı son 5 ildə axtarışda olan 29 xüsusi təhlükəli PKK üzvünün məhv edildiyini açıqlayıb.
Trend-in məlumatına görə, terrorçular ölkənin cənub vilayəti Hatayda Amanos dağında zərərsizləşdirilib.
Məlumatda həmçinin deyilir ki, məhv edilən terrorçular vaxtaşırı şərq vilayətlərində Türkiyə hərbi konvoyuna silahlı hücumlar təşkil edib.
Qeyd edək ki, İraqın şimalında da PKK-ya qarşı əməliyyat davam edir.