...

Ağcabədidə ev və minik avtomobili yanıb

Hadisə Materials 9 May 2018 16:25 (UTC +04:00)
Ağcabədinin Qaravəlli kəndində yanğın baş verib.
Ağcabədidə ev və minik avtomobili yanıb

Bakı. Trend:

Ağcabədinin Qaravəlli kəndində yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə zamanı sahəsi 110 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 36 kv.m sahədə, dam örtüyü 50 kv.m sahədə, bitişik tikilmiş ümumi sahəsi 45 kv.m olan talvarın yanar konstruksiyaları və həyətyanı sahədə dayanmış “VAZ” markalı minik avtomobilinin ön hissəsi yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti