Bakı. Trend:
ABŞ-ın Texas ştatında hərbi helikopterlə daşınan silah-sursat konteyneri orta məktəbin üzərinə düşüb.
Trend-in məlumatına görə, hadisə El-Paso şəhərində baş verib.
Qeyd olunur ki, konteyner məktəbin damını zədələyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Konteynerin hansı səbəbdən qopması məlum deyil, insident araşdırılır.