...

Astarada polisi silahla hədələyən şəxs tutuldu

Hadisə Materials 26 May 2018 11:34 (UTC +04:00)
Polisi silahla hədələyən axtarışda olan şəxs tərksilah edilib.
Astarada polisi silahla hədələyən şəxs tutuldu

Bakı. Samir Əli - Trend:

Polisi silahla hədələyən axtarışda olan şəxs tərksilah edilib.

DİN-dən Trend-ə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Dəyanət Əliyevin saxlanılması istiqamətində yaşadığı Ərçivan qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri zamanı o, tüfənglə əməliyyat qrupunu hədələyib.

Polis əməkdaşlarının çevikliyi sayəsində D.Əliyev tərkisilah edilərək şöbəyə gətirilib.

Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş 1 ədəd tüfəng, 3 ədəd patron, həmçinin narkotik vasitə olan heroin və metafetamin aşkar edilərək götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti