...

Xaçmazda evdən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 11 İyun 2018 21:03 (UTC +04:00)
Xaçmazda evdən qızıl-zinət və mobil telefon oğurluğu olub.
Xaçmazda evdən oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Xaçmazda evdən qızıl-zinət və mobil telefon oğurluğu olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayında rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Xaçmaz şəhər sakini Vüsal Ağammədov olması müəyyən edilib.

Dindirilmə zamanı V.Ağammədov törətdiyi cinayət əməlini etiraf edib, fevralın ayının 6-da gecə saatlarında zərərçəkənin evinə gizli yolla qirərək oradan 4000 manat dəyərində olan qızıl-zinət əşyaları və bir ədəd mobil telefon götürdüyünü, oğurladığı qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti