...

Müşfiqabadda ağır qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib

Hadisə Materials 13 İyun 2018 13:41 (UTC +04:00)
DİN ötən gün Müşfiqabadda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.
Müşfiqabadda ağır qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib

Bakı. Samir Əli - Trend:

DİN ötən gün Müşfiqabadda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iyunun 12-si saat 6 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Sumqayıt şəhər sakini Taleh Ağayevin idarə etdiyi “KamAZ” və Xaçmaz rayon sakini Zahid Şahmuradovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Z.Şahmuradov, sərnişinləri, Şəmkir rayon sakinləri Gülnar İsmayılova və azyaşlı Mustafa İsmayılov hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti