...

Metroda telefon oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 26 İyun 2018 17:57 (UTC +04:00)
Metroda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Metroda telefon oğurlayan şəxs saxlanılıb

Bakı. Trend:

Metroda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Məmmədova iyunun 25-də saat 7 radələrində metronun “Koroğlu” stansiyasında qatarda naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs - Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Elxan Qasımov qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti