Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin noyabr ayında Bakının Nardaran qəsəbəsində baş verən qarşıdurmada təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.İsgəndərov 14 il, Ə.Bünyatov isə 15 il azadlıqdan məhrum edilib.
İttihama görə, E.İsgəndərov və Ə.Bünyatov Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə təqsirli biliniblər.