...

Binəqədidə təmir aparılan mənzildən silah tapılıb

Hadisə Materials 12 İyul 2018 13:42 (UTC +04:00)
M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Adil İsmayılov tapdığı 2 ədəd “AKS” markalı silahı, 7 ədəd patron darağını və 219 ədəd patronu təhvil verib
Binəqədidə təmir aparılan mənzildən silah tapılıb

Bakı. Trend:

Binəqədidə təmir aparılan mənzildən silah tapılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, rayonun M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Adil İsmayılov evinin həyətindəki yardımçı otaqda təmir işləri apararkən tapdığı - divarın içərisində hərbi paltara bükülərək gizlədilmiş 2 ədəd “AKS” markalı silahı, 7 ədəd patron darağını və 219 ədəd patronu 4-cü Polis Şöbəsinə təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti