...

Tovuzda kirayədə qalan Yevlax sakini yeyib-içdiyi dostları tərəfindən bıçaqlandı

Hadisə Materials 21 Sentyabr 2018 11:52 (UTC +04:00)
Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Tovuzda kirayədə qalan Yevlax sakini yeyib-içdiyi dostları tərəfindən bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib.

Əyyublu kəndində kirayədə yaşayan Yevlax rayon sakini, 1975-ci il təvəllüdlü Rzayev Qurban Qənahət oğlu elə həmin evdə döyülərək bıçaqlanıb.

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Araşdırmalar zamanı məlum olub ki, Q.Rzayev kirayədə qaldığı evdə 3 nəfər tanışı ilə yeyib-içiblər. Sərxoş vəziyyətdə olan dostlar arasında mübahisə başlayıb və Q.Rzayev döyülərək bıçaqlanıb. Tanışları Q.Rzayevi əvvəlcə evdən qovmaq istəyiblər və mübahisə də buna görə yaranıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar başlanıb və Q.Rzayevi döyərək bıçaqlayan şəxslər müəyyən edilib. Hazırda onların saxlanılması istiqamətində əməliyyat tədbirləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti