...

Qubada taxta sexinin sahibi cərimələnib (FOTO)

Hadisə Materials 21 Sentyabr 2018 20:44 (UTC +04:00)
Quba rayonu ərazisində növbəti reyd keçirilib.
Qubada taxta sexinin sahibi cərimələnib (FOTO)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Quba rayonu ərazisində növbəti reyd keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı rayonun Vladimirovka kəndi ərazisində fəaliyyət göstərən ağac emalı sexində 2,35 kub.m həcmində müxtəlif cinsli girdə işlik material və 3000 ədəd meşə materialından hazırlanmış yeşik aşkar olunub.

Faktla bağlı sexin sahibi Fətulla Fətullayev barəsində akt tərtib olunub və 1903,18 manat məbləğində ziyan tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti