...

Bərdədə cibgirliklə məşğul olan şəxs saxlanılıb

Hadisə Materials 5 Oktyabr 2018 14:56 (UTC +04:00)
Bərdədə cibgirliklə məşğul olan şəxs saxlanılıb
Bərdədə cibgirliklə məşğul olan şəxs saxlanılıb

Bakı. Trend:

Bərdədə cibgirliklə məşğul olan şəxs saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşları oktyabrın 3-də şəhər ərazisində F.Məmmədovun “Ford” markalı avtomobilindən 350 manat oğurlamaqda şübhəli bilinən rayon sakini olan qadın saxlayıblar.

Onun oktyabrın 4-də Şirvanlı kəndi ərazisində Ağdam rayon sakini X.Məmmədovun cibindən 300 manatını oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti