...

Bakıda 46 saylı sərnişin avtobusunda cibgir saxlanılıb (FOTO)

Hadisə Materials 13 Oktyabr 2018 16:39 (UTC +04:00)
Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.
Bakıda 46 saylı sərnişin avtobusunda cibgir saxlanılıb (FOTO)

Bakı. Trend:

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində ictimai nəqliyyat, insanların sıx olduğu yerlərdə cibgirlik edən Bakı şəhər sakini Elnur Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı onun 46 saylı sərnişin avtobusunda bir qadının çantasından 50 manat pul oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, E.Hüseynov metrostansiyalarda cibgirlik etdiyi üçün bir dəfə saxlanılaraq məsuliyyətə cəlb olunub. Sonuncu faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bu şəxsin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti