Bakı. Tural Turan - Trend:
Abşeronun Məmmədli kəndində yanğın baş verib
FHN-dən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 50 m² olan köməkçi tikilinin içərisinə yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.