...

Bakıda yol təmiri zamanı “KamAZ” fəhləni vurub öldürdü

Hadisə Materials 8 Noyabr 2018 17:33 (UTC +04:00)
Bakıda yol təmiri zamanı bədbəxt hadisə baş verib.
Bakıda yol təmiri zamanı “KamAZ” fəhləni vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Bakıda yol təmiri zamanı bədbəxt hadisə baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 7-də saat 16 radələrində Xətai rayonu ərazisində 10-cu Zavod dairəsində yolun hərəkət hissəsinin təmiri zamanı Göygöl rayon sakini Natiq Bayramov “KamAZ” markalı avtomobili arxaya sürərkən orada fəhlə işləyən Bakı şəhər sakini Arif Hüseynovu vurub və nəticədə o, hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti