...

Qobustanda “Mersedes” yolun kənarında maneəyə çırpılıb

Hadisə Materials 29 Dekabr 2018 03:50 (UTC +04:00)
Qobustanda “Mersedes” yolun kənarında maneəyə çırpılıb
Qobustanda “Mersedes” yolun kənarında maneəyə çırpılıb

Bakı. Tural Turan - Trend:

Qobustanda “Mersedes” yolun kənarında maneəyə çırpılıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Qobustan rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti