...

Bakı metrosunda cibgir saxlanılıb

Hadisə Materials 12 Yanvar 2019 16:10 (UTC +04:00)
Metronun “Elmlər Akademiyası” stansiyasının platformasında bir qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakı metrosunda cibgir saxlanılıb

Bakı. Trend:

Metronun “Elmlər Akademiyası” stansiyasında oğurluqda şübhəli bilinən şəxs tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 11-də metronun “Elmlər Akademiyası” stansiyasının platformasında Masallı rayon sakini olan bir qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Quliyev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti