...

Maştağada yolu keçən piyadanı avtomobil vurub öldürdü

Hadisə Materials 15 Aprel 2019 17:58 (UTC +04:00)
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Maştağada yolu keçən piyadanı avtomobil vurub öldürdü

Bakı. Trend:

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 14-də saat 22 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini S.Məstanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Cəmil Xəlilovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti