...

Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanılıb

Hadisə Materials 21 May 2019 16:48 (UTC +04:00)
Bakı şəhər sakini Ə.Hacıyevi aldadaraq 10.000 ABŞ dollarını almaqda şübhəli bilinənlərdən biri saxlanılıb.
Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Bakı şəhər sakini Ə.Hacıyevi aldadaraq 10.000 ABŞ dollarını almaqda şübhəli bilinənlərdən biri saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 20-də Sabunçu RPİ 12-ci PŞ-yə müraciət edən Bakı şəhər sakini Ə.Hacıyev 2008-ci ilin aprel ayında şəxsiyyəti məlum olmayan 2 nəfərin onu aldadaraq 10.000 ABŞ dollarını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən biri, paytaxt sakini İ.Mikayılov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti