...

Badamdar şosesində “Mercedes” piyadanı vurub öldürdü

Hadisə Materials 21 İyun 2019 19:07 (UTC +04:00)
Səbail rayonu Badamdar şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Badamdar şosesində “Mercedes” piyadanı vurub öldürdü

Bakı. Trend:

Səbail rayonu Badamdar şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 20-də saat 20 radələrində Səbail rayonu Badamdar şossesində Bakı şəhər sakini V.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Qəşəm Hüseynovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti