...

Mingəçevirdə öz evində tanışını qətlə yetirən şəxs saxlanılıb

Hadisə Materials 26 İyun 2019 12:56 (UTC +04:00)
Qəsdən adam öldürməkdə şübhəli bilinən Ə.Umudov saxlanılıb
Mingəçevirdə öz evində tanışını qətlə yetirən şəxs saxlanılıb

Bakı. Trend:

İyunun 25-də Mingəçevir şəhərinin Borçalı bağlar sahəsində yaşayan Ənvər Umudovun evində münaqişə zəminində həmyerlisi olan tanışı, əvvəllər məhkum olunmuş Akif İbrahimovu tüfəngdən açdığı atəşlə qətlə yetirməsi barədə Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ə.Umudov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “İJ-16” markalı tüfəng götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti