Bakı. Trend:
Salyanda yanğın qeydə alınıb.
FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Xələc kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin qamışdan ibarət tavanı yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.