...

Bakıda mağazadan geyim əşyaları oğurlayan şəxslər saxlanıldı

Hadisə Materials 6 İyul 2019 11:07 (UTC +04:00)
Talama yolu ilə 138 manat dəyərində geyim əşyalarının aparılması barədə 22-ci Polis Şöbəsinə müraciət daxil olub.
Bakıda mağazadan geyim əşyaları oğurlayan şəxslər saxlanıldı

Bakı. Samir Əli - Trend:

İyulun 5-də saat 19 radələrində Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan açıq talama yolu ilə 138 manat dəyərində geyim əşyalarının aparılması barədə 22-ci Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini R.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti