...

Mühafizə polisləri Binəqədidə baş verən yanğının böyüməsinin qarşısını aldı

Hadisə Materials 1 Avqust 2019 12:44 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi 24 saat etibarlı şəkildə qorunur.
Mühafizə polisləri Binəqədidə baş verən yanğının böyüməsinin qarşısını  aldı

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi 24 saat etibarlı şəkildə qorunur. Bunu sübut edən hadisələrdən növbəti biri Binəqədi rayonunda qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gecə saatlarında rayon ərazisində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə Həyəcan siqnalı daxil olub. Dərhal Binəqədi Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıb və marketin daxilində yanğın baş verdiyi müşahidə edilib. Alovun qısa zamanda böyüməsinin və ətraf ərazilərdə olan yaşayış evlərinə keçməsinin qarşısını almaq üçün dərhal polis əməkdaşları vaxt itirmədən həyatlarını təhlükə altına qoyaraq obyektin qapısını sındırıb içəri daxil olublar. Qısa zamanda yanının qarşısı polislərin səyi nəticəsində alınıb və yanğının geniş miqyasda yayılmasına imkan verilməyib.

Obyektə baş verən yanğının səbəbləri araşdırılır. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, Mühafizə Polisinə etibar edərək onlara müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün hər bir saatı etibarlı şəkildə qorunur.

1 avqust 2019-cu il

Məqalədə:
Xəbər lenti

Xəbər lenti