...

Bu gecə Bakıda iki avtomobil toqquşub (VİDEO)

Hadisə Materials 17 Oktyabr 2019 09:57 (UTC +04:00)
Ötən gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bu gecə Bakıda iki avtomobil toqquşub (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə iki prospektin kəsişməsində qeydə alınıb. Ziya Bünyadov prospekti ilə hərəkətdə olan 90-CZ-686 dövlət nömrəli "Mercedes" markalı avtomobil gözlə nişanına diqqət etməməsi səbəbindən Azadlıq prospekti ilə hərəkət edən 90-PT-753 nömrəli "AzSamand"la toqquşub.

Hadisə nəticəsində Ziya Bünyadov prospektindən üzü şəhər istiqamətində qısamüddətli tıxac yaranıb. Qəza yerinə Dövlət Yol Polis əməkdaşları cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti