...

Rostov-Bakı marşrutunda xəsarət alanlardan 1-i Stovropola köçürüldü

Hadisə Materials 6 Noyabr 2019 19:15 (UTC +04:00)
Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 8 nəfərdən 1-i Stovropol Xəstəxanasına köçürülüb.
Rostov-Bakı marşrutunda xəsarət alanlardan 1-i Stovropola köçürüldü

Bakı. Samir Əli - Trend:

Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 8 nəfərdən 1-i Stovropol Xəstəxanasına köçürülüb.

Bunu Trend-ə açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev deyib.

Onun sözlərinə görə, həmin şəxs Həşimov Babaşah Ağamalı oğludur. Hazırda onun vəziyyəti kafidir.

Hadisə nəticəsində xəsarət alanlar - sürücü, 1967-ci il təvəllüdlü Vəliyev Aydın Cavanşir oğlu, 1971-ci il təvəllüdlü Sənubər Turabova, 1997-ci il təvəllüdlü Əbdurrahmanov Eyyub Cabbar oğlu, 1962-ci il təvəllüdlü Baxışov Fikrət Məmmədzadə oğlu, 1995-ci il təvəllüdlü Sultanov Cəmil Ramazan oğlu, Abdullayeva Şahiyə Malik qızı və və Mütəllimov Qələmşah Mütəllim oğlunun isə müalicələri Blaqodarnıy Xəstəxanasında davam etdirilir. Onlardan 2-i reanimasiyadadır, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Xatırladaq ki, noyabrın 4-də axşam saatlarında Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb. Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib.

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Yaralıların hamısı azərbaycanlılardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti