...

Bakı-Şamaxı yolunda qəza, "VAZ" yolayrıcında beton arasına düşdü (FOTO)

Hadisə Materials 7 Dekabr 2019 12:33 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax yolunda avtomobil qəzası baş verib.
Bakı-Şamaxı yolunda qəza, "VAZ" yolayrıcında beton arasına düşdü (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı-Şamaxı-Yevlax yolunda avtomobil qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə yolun 36-cı kilometrliyində olub.

Bakı şəhəri istiqamətində hərəkətdə olan Qəbələ rayon sakini Maqsud Əliyevin idarə etdiyi 45 BL 581 dövlət nömrə nişanlı "VAZ 21043" markalı minik maşını naməlum səbəbdən idarəetməni itirərək yoldan çıxıb. Avtomobil kənarları dəmir-beton maneələrlə bağlanmış yolayrıcına düşüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ziyan dəyib. Qəza zamanı yol ayrıcında olan işıq dirəklərinin ikisi yararsız hala düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti