...

Tərtərdə hadisə yerinə çıxan polis mayoru ölümcül bıçaqlandı

Hadisə Materials 27 Dekabr 2019 09:23 (UTC +04:00)
Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Tərtərdə hadisə yerinə çıxan polis mayoru ölümcül bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Buruc kəndində qeydə alınıb.

Kənd sakini, 1973-cü il təvəllüdlü Seyhun Nəcəfov sərxoş vəziyyətdə yaşadığı evə gələrək qardaşı Arif Nəcəfovla mübahisə edib. Hadisə yerinə Tərtər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Elçin Aslanov gələrək mübahisəni sakitləşdirməyə çalışıb. Sərxoş olan S.Nəcəfov sakitləşməyib polis əməkdaşına hücum edərək ona 5 bıçaq zərbəsi vurub. E.Aslanov xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb və S.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti