...

Şəmkirdə baş verən qəza ilə bağlı DİN məlumat yaydı

Hadisə Materials 28 Yanvar 2020 12:28 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Şəmkirdə baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yaydı
Şəmkirdə baş verən qəza ilə bağlı DİN məlumat yaydı

Bakı. Trend:

Şəmkir rayonunda bir neçə nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə daxil olan məlumata əsasən, yanvarın 27-də saat 21 radələrində Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində kənd sakini Ramin Əmiraslanov idarə etdiyi “Lexus” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişinləri olan qohumları Habil və Şahin Əmiraslanovlar hadisə yerində ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti