...

Bakıda daha bir nəfər ağciyər xəstəliyindən öldü

Hadisə Materials 3 Fevral 2020 15:44 (UTC +04:00)
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan daha bir xəstə dünyasını dəyişib.
Bakıda daha bir nəfər ağciyər xəstəliyindən öldü

Bakı. Samir Əli - Trend:

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan daha bir xəstə dünyasını dəyişib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, Şəki rayon sakini olan 1977-ci il təvəllüdlü xəstə yanvarın 30-da ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər-ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində instituta qəbul olunub.

Müalicələrə baxmayaraq xəstə fevralın 3-də saat 07.30-da dünyasını dəyişib.

Xatırladaq ki, fevralın 2-də adıçəkilən müalicə müəssisəsində 1983-cü il təvəllüdlü Quba rayon sakini də xəstəlikdən dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti