...

9 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlayanlar saxlanıldı

Hadisə Materials 15 Fevral 2020 17:20 (UTC +04:00)
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Allahverdiyev M.Əliyev və Masallı rayon sakini S.Əsədov saxlanılıb.
9 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlayanlar saxlanıldı

Bakı. Trend:

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Allahverdiyev M.Əliyev və Masallı rayon sakini S.Əsədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 9 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Allahverdiyev, əvvəllər məhkum olunmuş M.Əliyev və Masallı rayon sakini S.Əsədov saxlanılmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti