...

Naxçıvanda minik maşını “QAZel”lə toqquşub - Ölənlər var

Hadisə Materials 21 Fevral 2020 14:27 (UTC +04:00)
Naxçıvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Naxçıvanda minik maşını “QAZel”lə toqquşub - Ölənlər var

Bakı. Trend:

Naxçıvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 20-də saat 12 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakinləri N.Rəhimovun idarə etdiyi “VAZ-21074” və Ə.Məmmədovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub. Nəticədə R.Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T.Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə.Məmmədovun sərnişini olan arvadı A.Məmmədova xəstəxanaya yerləşdirilmişlər. Ç.Hüseynova, T.Hüseynova və azyaşlı orada ölüb

Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti