...

Masallı sakini Salyanda küçədə qarət edildi

Hadisə Materials 11 Mart 2020 09:29 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Masallı sakininə qarşı küçədə quldurluq edilib.

Trend-in məlumatına görə, hadisə Salyan rayonu ərazisindəki "Dəniz Petrol" yanacaqdoldurma məntəqəsinin qarşısında baş verib.

Salyan rayon sakini, Məlikov İslam İbrahim oğlu idarə etdiyi avtomobillə həmin əraziyə gələrək orada yolun kənarında marşrut gözləyən, Masallı rayon sakini Əliyev Kamran Abasqulu oğluna yaxınlaşaraq ondan pul tələb edib. K.Əliyev pulunun olduğunu desə də, İ. Məlikov cibindəki bıçağı onun boğazına söykəyərək onun cibindən 50 manatını götürüb hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurliuq) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti