Bakı. Trend:
Qobustan rayon sakini oğurluqda şübhəli bilinərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Əsgərzadənin içərisində 965 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartları olan pulqabısını cibindən oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini R.Şikarov saxlanılıb.