...

Bakıda “Mercedes” yoldan çıxaraq beton plitələrə çırpılıb (FOTO/VİDEO)

Hadisə Materials 21 Aprel 2020 00:20 (UTC +04:00)
Bakıda “Mercedes” yoldan çıxaraq beton plitələrə çırpılıb (FOTO/VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda “Mercedes” yoldan çıxaraq ağır qəza törədib.

Trend-in məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. Ekologiya postu yaxınlığında yoldan çıxan “Mercedes” markalı minik avtomobili beton plitələrə çırpılıb.

Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza yerinə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti