Bakı. Samir Əli - Trend:
Şəmkir rayonunun Düyərli kəndində ümumi sahəsi 600 m² olan taxta sexinin yanar konstruksiyaları və içərisinə yığılan tullantılar 150 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.