Bakı. Samir Əli - Trend:
Bakıda sərnişin avtobusu qəza törədib.
Trend-in məlumatına görə, hadisə mayın 1-də Xəzər rayonu, Şağan qəsəbəsində baş verib. Əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü İ.Quliyev idarə etdiyi “İkarus” markalı avtobusla yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Səbirə Bağırovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Araşdırma zamanı məlum olub ki, İ.Quliyev sərxoş halda iritutumlu avtobusu sürücülük vəsiqəsi olmadan idarə edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.