...

Polis Bakıda əməliyyat keçirdi, evdən silah aşkarlandı

Hadisə Materials 5 İyun 2020 09:29 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda silahlı şəxs yaxalanıb.

Trend-in məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında rayonun Binə qəsəbəsində yaşayan Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Nicat Əbdülrəhmanovun evində axtarış aparılıb.

Axtarış zamanı onun həyətində torpağa basdırdığı “TT” markalı tapança və 24 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti