...

Bakıda qəza: Minik avtomobili avtobusun qarşısına çıxdı

Hadisə Materials 17 İyun 2020 20:18 (UTC +04:00)
Bakıda qəza: Minik avtomobili avtobusun qarşısına çıxdı

Bakı. Trend:

17 iyun saat 18:30 radələrində Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, 175 nömrəli müntəzəm marşrut xətti üzrə 99-JH-114 dövlət qeydiyyat nişanlı avtobus minik avtomobilinə çırğılıb.

İlkin məlumata görə avtobus hərəkətdə olan zaman minik avtomobili anidən onun qarşısına çıxıb.

Hazırda qəza ilə bağlı müvafiq araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti